Fridrix Merts 3 martda Vaşinqtonda Donald Trampla görüşəcək
Fridrix Merts 3 martda Vaşinqtonda Donald Trampla görüşəcək

Almaniya kansleri Fridrix Merts gələn həftə ABŞ-a səfər edəcək və prezident Donald Trampla görüşəcək. Bu barədə Almaniyanın “Die Welt” nəşri Almaniya hökumətinin nümayəndəsinə istinadən yazır.

Nəşrin məlumatına görə, səfər martın 3-nə planlaşdırılıb. Liderlər Oval Kabinetdə işgüzar görüş keçirəcəklər.

Almaniya hökumətinin nümayəndəsinin bildirdiyinə görə, Donald Tramp və Fridrix Merts ikitərəfli münasibətləri, təhlükəsizlik məsələlərini və ticarət mübahisələrini müzakirə edəcəklər.

Nəşrin yazdığına görə, Almaniya rüsum siyasəti ilə bağlı ABŞ-dan “aydınlıq” gözləyir.