Fransız fermerlər etirazlarını yenilədilər

22:32, 27.11.2024

Fransız fermerlər etirazlarını yenilədilər. Etirazın səbəbi Avropa ilə Merkosur ölkələri arasında ticarət sazişinin mümkün nəticələridir. Fermerlər müqavilənin onların bizneslərinə ziyan vuracağını deyirlər.

Media tərəfindən yayılan videolarda Avinyon şəhərində traktorlu fermerlərin etiraz aksiyasına qoşulduğu görünür. Onlar hökumət binasının qarşısına ot və kənd təsərrüfatı məhsulları düzüblər.

Avropa İttifaqı və Merkosurun dörd üzvü – Argentina, Braziliya, Paraqvay və Uruqvay ilin sonuna qədər uzunmüddətli ticarət danışıqlarının yekunlaşdırılmasını tələb edirlər.

Fermerlər bildirirlər ki, saziş ucuz idxala icazə verməklə yerli kənd təsərrüfatına zərər verə bilər. Aksiya iştirakçılarının bildirdiyinə görə, bu axın Fransa fermerlik təsərrüfatının yüksək keyfiyyətinə və rəqabət qabiliyyətinə təhlükə yaradacaq.

Oxşar