Fransanın müdafiə naziri - Fransız avtomobil istehsalçısı kiçik və orta müdafiə müəssisələri ilə əməkdaşlıq edərək Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına başlayacaq
Fransanın müdafiə naziri - Fransız avtomobil istehsalçısı kiçik və orta müdafiə müəssisələri ilə əməkdaşlıq edərək Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına başlayacaq

Fransız avtomobil istehsalçısı kiçik və orta müdafiə müəssisələri ilə əməkdaşlıq edərək Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına başlayacaq, – bu barədə Fransanın müdafiə naziri Sebastian Lekornu bildirib.

Fransanın müdafiə naziri bunu Kiyevlə “qarşılıqlı faydalı” tərəfdaşlıq kimi qiymətləndirir. Sebastian Lekornu cihazların növünü dəqiqləşdirməyib, hərçənd, onların Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulacağını qeyd edib.

Lekornu həmçinin qeyd edib ki, bu cihazlar Fransa Silahlı Qüvvələri üçün də əlçatan olacaq ki, onlar da Ukraynadakı müharibənin reallığına uyğun daimi taktiki və əməliyyat hazırlığına malik olsunlar.

“Biz tamamilə yeni tərəfdaşlığa başlayırıq və bu tərəfdaşlıq çərçivəsində iri fransız avtomobil şirkəti fransız müdafiə sahəsindəki kiçik və orta müəssisələri ilə güclərini birləşdirərək Ukraynada pilotsuz uçuş aparatlarının istehsalı üçün istehsal xəttinin yaradılmasına nail olacaq”, – Sebastian Lekornu bildirib.