Fransanın mərkəzi və cənubi hissəsində çoxlu qar yağdı
Fransanın mərkəzi və cənubi hissəsində çoxlu qar yağdı

Fransanın mərkəzi və cənubi hissəsində çoxlu qar yağdı. Bu barədə məlumatı “EuroNews” teleşirkəti yayır.

Bir neçə departamentdə təhlükənin “narıncı” səviyyəsi bəyan edilib.

Ardeş, Kantal, Yuxarı Luara və Lozeri hakimiyyəti əhaliyə evdə qalmalarını məsləhət görür.

Bəzi bölgədə yağan qarın hündürlüyü 35 santimetrə çatır.

Şəhərin küçələrinə xüsusi texnika çıxarılıb.