Fransanın Gürcüstandakı səfiri - Bütün gürcülərin damarlarında döyüş ruhu dolaşır və gürcülər bunu hər gün göstərirlər
Fransanın Gürcüstandakı səfiri - Bütün gürcülərin damarlarında döyüş ruhu dolaşır və gürcülər bunu hər gün göstərirlər

 
Paralimpiyaçılar, qazandığınız doqquz medalla Parisə şüar kimi sadəcə iştirak etmək üçün yox, qələbə qazanmaq üçün getdiyinizi göstərdiniz – Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri gürcü paralimpiyaçılara belə müraciət edib.

Səfirin 2024-cü ilin Paralimpiya Oyunlarının iştirakçılarının qarşılanma mərasimində dediyi kimi, bütün gürcülərin damarlarında döyüş ruhu dolaşır və gürcülər bunu hər gün göstərirlər.

“Qətiyyətiniz, cəsarətinizlə ilham mənbəyi idiniz, həmçinin şüarlarınız, göz yaşlarınız, qardaşlıq ruhu çox böyük emosiyalara səbəb oldu, bütün bunları görmək çox gözəl idi. Parisdə Paralimpiya Oyunlarının açılış mərasimində iştirak etmək imkanım oldu, Paralimpiya nümayəndə heyətini Şanz Elizedə, Konkord meydanında gördüm və bu, məndə çox böyük emosiyalara səbəb oldu. Gürcüstanın rənglərinə bürünmüş Akakini gördüm, şanslı idim ki, parataekvondo yarışlarında iştirak etdim və Gürcüstana ilk medalı deyil, həm də ilk qadın idmançı medalını qazandırmaq üçün çox mübarizə aparan Ananı, ən gənc idmançını gördüm. Hörmətli Ana, özünüzlə fəxr edə bilərsiniz. Həmçinin, Fransa ictimaiyyətinin gürcü idmançılarını necə ruhlandırdığını gördüm, bu anlar mənim yaddaşımda idmanın çox güclü rəmzi olaraq qalacaq” – Şeraz Qasri bildirib.

Səfir həmçinin paralimpiyaçıların uğurla yarışmalarına kömək edən hər kəsə təşəkkür edib.

“Mən həm də Paralimpiya Oyunları Komitəsinin komandalarına dinamizmlərinə görə təşəkkür etmək istəyirəm, onlar bütün il boyu işləyirdilər, idman federasiyaları, məşqçilər, tərəfdarlar, jurnalistlər, yaxınları. Öz səviyyənizdə Gürcüstanda daha tolerant, inklüziv və həmrəy cəmiyyətin qurulmasını gücləndirirsiniz. Ümid edirəm ki, 2024-cü ilin Paris Olimpiadası özünü doğrultdu, ümidlərinizi və gözləntiləri üstələyirdi, polemika və çoxlu mübahisələr də oldu. Biz çox cəsarətli idik və ümid edirəm ki, bu anlar yaddaşlarda qalacaq. Biz çox tələbkar və iddialı idik, bu, fransız ruhudur, biz bunu ifadə etmək istəyirdik və bizimlə silinməz təəssürat qoyduğunuz üçün sizə təşəkkür edirik” – səfir bildirib.