Fransada yüksək isti hava fonunda ölüm göstəricisi artıb

16:31, 28.06.2026

Fransada yüksək isti hava fonunda ölüm göstəricisi artıb.

Fransa səhiyyə qurumunun məlumatına görə, ölkədə rekord dərəcədə yüksək temperatur dövründə gözləniləndən təxminən 1000 nəfər daha çox ölüm halı qeydə alınıb.

Ölüm hallarının artımı bütün yaş qruplarında müşahidə olunur, lakin ən çox, qeydə alınmış halların 85%-i 65 yaşdan yuxarı insanlardadır.

Fransa səhiyyə qurumunun dediyinə görə, güclü isti hava səbəbindən “qırmızı” təhlükə səviyyəsi altında olan ərazilərdə yaşayan insanlar xüsusilə zərər çəkiblər.

Məlumat üçün bildirək ki, Avropada misilsiz isti hava dalğası davam edir. Almaniya, Danimarka və Çexiyada yüksək temperatur rekordları qeydə alınıb. Ümumdünya Meteoroloji Təşkilatı isti hava dalğasının insan sağlamlığına və ekosistemlərə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini bildirib.

Oxşar