Fransada təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub
Fransada təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub, – bu barədə “BBC” yazır.
Hadisə Fransanın şimal-şərq hissəsindəki Tomblen şəhərində, hava limanı yaxınlığında baş verib.
Yerli hakimiyyətin məlumatına görə, aviaqəza nəticəsində pilot və 10 sərnişin, o cümlədən beş tələbə və beş təlimatçı həlak olub. Təyyarə paraşütçülər məktəbinə məxsus olub.
Polis əhalini aeroportun ətrafındakı ərazilərə getməkdən çəkinməyə çağırıb.
Aviaqəzanın səbəbi bu mərhələdə məlum deyil. İstintaq aparılır.