Fransada, Lion şəhəri yaxınlığındakı zavodda partlayış baş verib, dörd nəfər xəsarət alıb
Fransada yerləşən zavodda partlayış baş verib. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Yayılan məlumata görə, partlayış Lyon yaxınlığında, Sen Fonda, Norveç şirkəti “Elkem”in zavodunda baş verib.
“Dörd işçi xəsarət alıb”, – şirkətdə bildiriblər. Hazırki mərhələdə partlayışın səbəbi məlum deyil, istintaq aparılır.
Norveç şirkəti “Elkem” 1904-cü ildə yaradılıb və kimyəvi materiallar istehsal edir.