Fransada Gürcüstanın işgüzar turizm istiqaməti ilə tanış olublar
Fransada Gürcüstanın işgüzar turizm istiqaməti ilə tanış olublar

Milli Turizm Administrasiyasının Konqres və Sərgi Bürosu Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Forumda “Pure Meetings and Events” təqdim edilib.

Tədbir çərçivəsində Gürcüstanın işgüzar turizm potensialından bəhs edən təqdimat keçirilib və beynəlxalq şirkətlərə təqdim olunub. Forumda Fransa şirkətləri, assosiasiyaları və agentliklərinin nümayəndələri ilə B2B görüşləri keçirilib. Əcnəbi şirkətlər Gürcüstanda iri beynəlxalq konfransların, forumların, konqreslərin keçirilməsinə, iri tədbirlərin keçirilməsi üçün zəruri olan infrastruktura maraq göstəriblər.

“Pure Meetings and Events” ildə iki dəfə dünyanın müxtəlif ölkələrində keçirilir. Forumda 100-dən çox təyinat idarəetmə təşkilatı, mehmanxana, müxtəlif ölkələnin konqres bürosu, turizm şurası, aviaşirkət və görüşlərin sənayesinin digər nümayəndələri iştirak edir.

Məlumatı Milli Turizm Administrasiyası yayır.