Fransanın Evre şəhərində avtomobilin qəsdən kütləyə çırpılması nəticəsində bir nəfər oldu. Bu barədə Fransa mediası məlumat yayır.
Hadisə nəticəsində beş nəfər yaralanıb.
Yerli prokurorluğun məlumatına görə, hadisə yerli barlardan birində baş vermiş davadan sonra baş verdi. Bu iş üzrə üç nəfər saxlanılıb, istintaqa isə qəsdən adam öldürmə və adam öldürməyə cəhd maddəsi ilə başlanılıb.