Fransa və İtaliyada təbii fəlakət nəticəsində həlak olanların sayı 12-yə qədər artıb
Fransa və İtaliyada təbii fəlakət nəticəsində həlak olanların sayı 12-yə qədər artıb

Fransanın cənub hissəsində və Şimali İtaliyada baş verən təbii fəlakət nəticəsində həlak olanların sayı 12-yə qədər artıb.

20 nəfər isə, itkin düşüb və bu vaxta qədər tapılmayıb.

Bu haqda məlumatı Frans 24 yayır.

Son iki gün ərzində baş verən qasırğa zamanı, suyun daşması nəticəsində, Fransanın dəniz kənarı Alplar departamenti və İtaliyanın Liquriya və Piemnonti regionları zərər gördü.

Təbii fəlakət nəticəsində yollar və körpülər də zərər görüb.