Fransa və Almaniya rus turistlərə vizaların verilməsinin dayandırılmasına qarşı çıxır

17:16, 30.08.2022

 

Fransa və Almaniya rus turistlərə vizaların verilməsinin dayandırılmasına qarşı çıxır. “Reuters” agentliyinin məlumatına əsasən, bu barədə Fransa və Almaniyanın yaydığı birgə sənəddə deyilir.

Sənəddə qeyd edilir ki, Avropa İttifaqı rus turistlərin iqtisadi bloka səfərini dayandırmamalıdır.

“Bizim viza siyasətimiz Aİ-də Rusiya hakimiyyətinə aidiyyəti olmayan insanlarla, rus millətindən olan insanlarla xalqlar arasında əlaqə yaratmağa davam etməlidir”-deyə sənəddə deyilir .

Bu gün Praqada Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək və görüşdə müzakirə olunacaq məsələlərdən biri Rusiya vətəndaşlarına viza verilməsinin dayandırılması olacaq.

Oxşar