Fransa Ukraynaya AMX-10 tipli yüngül tanklar və “Bastion” tipli zirehli transportyorlar tədarük edəcək
Fransa Ukraynaya AMX-10 tipli yüngül tanklar və “Bastion” tipli zirehli transportyorlar tədarük edəcək. Bu barədə Fransa və Ukrayna prezidentləri arasında telefon danışığından sonra məlum olub.
Daha sonra Volodimir Zelenski sosial şəbəkədə Fransa Prezidenti Emmanuel Makrona təşəkkür edib.
“Sizin rəhbərliyiniz qələbəmizi sürətləndirəcək”-deyə Zelenski “Twitter”də yazır.