Fransa prezidenti bu gün Kremldə Vladimir Putin ilə görüşəcək. Bu məlumatı Reuters agentliyi Fransa prezidentinin administrasiyasında mövcud mənbəyə istinad edərək yayır.
Emanuel Makron Rusiyanın paytaxtına futbol çempionatının finalında iştirak etmək üçün səfər edir.
Liderlərin görüşü final matçı başlayana qədər baş tutacaq. Emanuel Makron və Vladimir Putin Suriya, İran və Ukrayna məsələlərini müzakirə edəcəklər.