Fransa mediası - Emmanuel Makron yeni baş naziri yaxın saatlarda açıqlayacaq
Fransa mediası - Emmanuel Makron yeni baş naziri yaxın saatlarda açıqlayacaq

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında müxtəlif partiyaların liderləri ilə görüş keçirib. Bu barədə Fransa mediası məlumat yayır.

Medianın məlumatına görə, yerli vaxtla saat 14:00-də başlayan görüşdə ifrat sağçı “Milli Birlik” partiyası və solçu “İtaətsiz Fransa” partiyası iştirak etmir.

Görüşün bitməsindən sonra, mərkəzçi blokun lideri Loran Panifou bildirib ki, Fransa prezidenti Emmanuel Makron yeni baş naziri yaxın saatlarda təyin edəcək. Onun dediyinə görə, Emmanuel Makron parlamenti buraxmağı planlaşdırmır.

Bununla yanaşı, Panifou jurnalistlərə bildirib ki, görüşdə müzakirə olunan əsas məsələ pensiya islahatı olub.