Fransa Xarici İşlər Naziri - BMT Baş Assambleyasının iclasında iştirakla bağlı heç bir məhdudiyyət tətbiq olunmamalıdır
Fransa Xarici İşlər Naziri - BMT Baş Assambleyasının iclasında iştirakla bağlı heç bir məhdudiyyət tətbiq olunmamalıdır

BMT Baş Assambleyasının iclasında iştirakla bağlı heç bir məhdudiyyət tətbiq olunmamalıdır, – bu barədə Fransanın Xarici İşlər Naziri Jan-Noel Barro bildirib.

Fransa xarici işlər naziri bu bəyanatı Avropa İttifaqının xarici işlər nazirlərinin Danimarkada keçiriləcək görüşündən əvvəl verib.

Bundan əvvəl məlum olub ki, ABŞ Nyu-Yorka planlaşdırılan BMT Baş Assambleyası ərəfəsində Fələstin Administrasiyasının nümayəndələrinə viza verməkdən imtina edib. „BBC“nin məlumatına görə, bu qərar Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasa və ABŞ vizası ləğv edilmiş digər 80 fələstinli rəsmi şəxsə təsir edəcək.