Fransa hökuməti iki etimadsızlıq səsverməsini aşdı. Bu barədə “Reuters” agentliyi məlumat yayır.
Medianın məlumatına görə, etimadsızlıq səsverməsinin irəli sürülməsinə səbəb hökumətin 2026-cı il büdcəsinin gəlir hissəsini parlamentin razılığı olmadan qəbul etməsi olub.
Birinci səsverməni 269 deputat dəstəkləyib, lakin, 288 səs lazım olub. İfrat sağçı tərəfindən təqdim edilən ikinci səsvermə isə daha az dəstək alıb.
Medianın yazdığına görə, büdcə ilə bağlı danışıqlar bir neçə ay ərzində nəticə verməyib. Parlamentdə heç bir partiya çoxluğa malik deyil, ona görə də ölkə hələ də keçən ilin büdcəsi ilə işləyir.
Medianın məlumatına görə, Fransa hökuməti büdcənin nəhayət fevralın birinci yarısında təsdiqlənəcəyinə ümid edir.