Fransa, etiraz çıxışlarının keçirildiyi Martinika adasına xüsusi təyinatlı qüvvələr göndərir
Fransa Karib dənizinin Martinika adasına 65 ildir orada qadağan olunmuş xüsusi təyinatlı qüvvələr göndərir. Səbəb adada davam edən etiraz aksiyalarıdır.
Adada etiraz çıxışları keçən həftə başlayıb və zorakılığa çevrilib. Ada sakinləri artan qiymətlərə etiraz edirlər. Fransa hökumətinin qərarına əsasən, adada etiraz çıxışları qadağandır, lakin əhali bu qadağaya tabe olmur.
Ötən həftə etiraz aksiyası zamanı atışma səsi də eşidilib. Nəticədə altı polis və bir mülki şəxs olmaqla azı 7 nəfər yaralanıb. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.