Frans Timmerans - Putin 1943-cü ildə Hitler kimi müharibəni artıq uduzub
Frans Timmerans - Putin 1943-cü ildə Hitler kimi müharibəni artıq uduzub

Putin 1943-cü ildə Hitler kimi müharibəni artıq uduzub-bu barədə Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmerans açıqlayıb.

“Sanksiyaların böyük təsiri var, müharibə baha başa gəlir və Putin artıq uduzub. O, ukraynalıların dözümlülüyü ilə bağlı yanıldı. Heç kim ona tam həqiqəti, o cümlədən korrupsioner zabitlər tərəfindən məhv edilmiş ordusunun vəziyyəti haqqında danışmağa cəsarət edə bilməz”- deyə Avropa Komissiyasının vitse-prezidenti açıqlayıb.

O bildirib ki, müharibə daha iki il davam etsə də, Hitler 1943-cü ildə uduzub.

Timmerans Putinin enerji və miqrasiyadan silah kimi istifadə etdiyini bildirib.

“O, bizə qarşı enerji və miqrasiyadan silah kimi istifadə edir. Çünki o, bizim bu iki məsələdə həssas olduğumuzu bilir. O, uzun illər ərzində bu qədər əmək qoyduğu siyasi qüvvələrin Aİ-yə üzv ölkələrdə daha çox güc qazanacağına ümid edir”- deyə Avropa Komissiyasının vitse-prezidenti açıqlayıb.