Frankfurtun kitab bazarında Gürcüstan pavilyonu [Foto]
Frankfurtun kitab bazarında Gürcüstan pavilyonu [Foto]

Fəxri qonaq ölkəsi olan Gürcüstan pavilyonunun açılış mərasimi bugün, Frankfurt kitab festivalı həftəliyinin rəsmi açılışından sonra keçiriləcək.

Pavilyonu Gürcüstanın baş naziri Mamuka Baxtadze və Avropanın Xarici siyasət və təhlükəsizlik məsələlərində Avropa İttifaqının ali nümayəndəsi Federika Mogerini, xarici və gürcü qonaqlarıla bərabər açacaqlar.

Tədbirdə Gürcüstanın Təhsil və Mədəniyyət naziri Mixeil Batiaşvili iştirak edəcək.

Frankfurt kitab bazarında gürcü proqramı, pavilyonunda məşhur gürcü pianisti Xatia Buniatişvilinin ifası ilə açılacaq.

Oktyabrın 9-14-də Frankfurtda fəxri qonaq ölkəsinin layihəsi müxtəlif ədəbi və mədəni proqramlarla təqdim ediləcək.