Frank-Valter Ştainmayer Si Dzinpini Rusiyanın Ukraynaya qarşı müharibəyə son qoyması üçün Vladimir Putinə təsir göstərməyə çağırıb

21:07, 20.12.2022

 

Almaniya Prezidenti Çin liderini Rusiyanın Ukraynaya qarşı müharibəyə son qoyması üçün Vladimir Putinə təsir göstərməyə çağırıb. Bu barədə Frank-Valter Ştainmayer və Si Dzinpin arasında telefon danışığından sonra Almaniya prezidentinin saytında dərc olunmuş press-relizdə deyilir.

“Avropa Rusiyanın təhdidləri qarşısında geri çəkilməyəcək və artıq enerji böhranına qarşı tədbirlər görüb. Ukraynanın müdafiəsi və Avropanın birliyi Rusiyanın təcavüzü ilə gücləndi. Putin bunu əsaslı hesab etməyib” -deyə Almaniya Prezidenti Çin lideri ilə danışarkən açıqlayıb.

Almaniya Prezidenti həmçinin müharibəni dayandırmaq, Ukraynanın suverenliyini qorumaq və buna nail olmaq üçün Rusiya qüvvələrinin Ukrayna ərazisini tərk etməklə bağlı Çin və Avropanın ortaq marağını vurğulayıb.

“Almaniya Prezidenti Si Dzinpindən təsirindən Rusiyaya, Vladimir Putinə təsir etmək üçün istifadə etməyi xahiş edib”-deyə Almaniya prezidentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Oxşar