Fövqəladə Halların Koordinasiya və Təcili Tibbi Yardım Mərkəzi Batumidə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bəyanat yayır
Fövqəladə Halların Koordinasiya və Təcili Tibbi Yardım Mərkəzi Batumidə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bəyanat yayır

Fövqəladə Halların Koordinasiya və Təcili Tibbi Yardım Mərkəzi bəyanat yayır.

Bəyanatda qeyd olunur ki, Batumidə Fövqəladə Halların Koordinasiya və Təcili Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadasına məxsus avtomobil iki piyadaya çırpılıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar dərhal müvafiq tibb müəssisəsinə aparılıb və orada onlara bütün zəruri tibbi yardım göstərilir.

Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən istintaqa başlanılıb və bunun nəticəsində həmin yol-nəqliyyat hadisəsində sürücünün günahkar olub-olmadığı müəyyən ediləcək.

Cinayət aşkar edildiyi təqdirdə, hadisəyə məsul olan şəxs barəsində qanunvericiliyə uyğun olaraq bütün müvafiq hüquqi tədbirlər görüləcəkdir”, – bəyanatda qeyd edilib.