Fövqəladə Halların İdarəedilməsi Xidmətinin xüsusi texnikasına IVECO VOLKAN firmasının yanğınsöndürmə və xilasetmə avtonərdivanları əlavə olunub
Fövqəladə Halların İdarəedilməsi Xidmətinin xüsusi texnikasına IVECO VOLKAN firmasının yanğınsöndürmə və xilasetmə avtonərdivanları əlavə olunub

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin xüsusi texnikasına üç yeni IVECO VOLKAN yanğınsöndürmə və xilasetmə avtonərdivanları əlavə olunub. Bu barədə Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayır.

Onların məlumatına görə, yeni avto-nərdivanlar 55 metr hündürlüyə qədər açılır ki, bu da çoxmərtəbəli binalarda yanğınsöndürmə işləri zamanı işin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.

“Avto-nərdivanlar həm avtomatik, həm də mexaniki açılma rejiminə malikdir. Onun üzərində çoxmərtəbəli binalardan vətəndaşların təxliyyəsi üçün istifadə olunan xüsusi lift quraşdırılıb. Bu xüsusi avadanlıq xidmətin ehtiyaclarına tam uyğunlaşdırılıb.

Yeni yanğınsöndürmə avadanlıqları Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Temur Mğebrişvili tərəfindən yoxlanılıb və onun funksional və texniki göstəriciləri ilə şəxsən tanış olub”, – Fövqəladə Halların İdarə Olunması Xidmətinin yaydığı məlumatda deyilib.