Fövqəladə Halların İdarə Olunması Xidməti - Cuta kəndində bir vətəndaşa təcili yardım lazım olub, yanğınsöndürən-xilasedicilər dərhal müdaxilə ediblər və vətəndaş Tbilisiyə aparılıb
Fövqəladə Halların İdarə Olunması Xidməti - Cuta kəndində bir vətəndaşa təcili yardım lazım olub, yanğınsöndürən-xilasedicilər dərhal müdaxilə ediblər və vətəndaş Tbilisiyə aparılıb

Cuta kəndində bir vətəndaşa təcili yardım lazım olub, yanğınsöndürən-xilasedicilər bildirişə dərhal reaksiya veriblər və xilasetmə əməliyyatına Sərhəd Polisinin helikopteri cəlb olunub, – bu barədə Fövqəladə Halların İdarə Olunması Xidmətinin yaydığı məlumatda deyilib.

Onların məlumatına görə, pasiyentə yerindəcə ilkin tibbi yardım göstərilib, daha sonra vətəndaş Tbilisidə yerləşən tibb müəssisəsindən birinə aparılıb.

“Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinə daxil olmuş məlumata əsasən, Kazbegi Bələdiyyəsinin Cuta kəndində bir vətəndaşa təcili tibbi yardım lazım olub. Fövqəladə Halların İdarə Olunması Xidmətinin yanğınsöndürən-xilasediciləri daxil olan bildirişə operativ reaksiya veriblər. Xilasetmə əməliyyatına sərhəd polisinin helikopteri cəlb olunub. Xilasetmə əməliyyatına yanğınsöndürən-xilasedicilərlə bərabər, Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin əməkdaşları da cəlb olunub, onlar pasiyentə yerindəcə ilkin tibbi yardım göstəriblər, sonra isə vətəndaşı Tbilisidəki tibb müəssisəsindən birinə aparıblar”, – Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatında deyilib.