Fövqəladə Halların İdarə Olunması Xidməti 31 Yeni yanğınsöndürmə maşını satın alıb
Fövqəladə Halların İdarə Olunması Xidməti 31 Yeni yanğınsöndürmə maşını satın alıb

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti yanğınsöndürən-xilasedici avtomobil parkını yeniləyib və müasir Avropa standartlarına uyğun 31 ədəd yeni “İveco Magirus” yanğınsöndürən maşın satın alıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Agentliyin məlumatına görə, Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvili yeni yanğınsöndürən maşınlara baxış keçirib, onların funksional və texniki xüsusiyyətləri ilə şəxsən tanış olub.

“Qeyd olunan maşınlar xüsusi olaraq Gürcüstan üçün hazırlanıb və meşə yanğınlarına qarşı, həmçinin, şəhər yanğınlarının söndürülməsi üçün nəzərdə tutulub. Yeni, yüksək keçid qabiliyyətli yanğın maşınları ölkən miqyasında müxtəlif bölgələrdə paylanacaq. Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti yanğınsöndürmə-xilasedici avtomobil parkının yenilənməsini fəal şəkildə davam etdirir”, – DİN-in yaydığı məlumatda deyilib.