Fövqəladə Halların İdarə Edilməsi Xidməti turizm mövsümü ilə əlaqədar Qomi dağında əlavə yanğınsöndürən-xilasedici qüvvələr yerləşdirib
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti turizm mövsümü ilə əlaqədar Qomi dağında əlavə yanğınsöndürən-xilasedici qüvvələr yerləşdirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, monitorinq və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə sözügedən ərazidə canlı qüvvə, dronlar və müvafiq xüsusi yanğınsöndürmə-xilasetmə texnikası səfərbər olunub.
Fövqəladə Halların İdarə Edilməsi Xidməti yerli əhalini və istirahət edənləri təhlükəsizlik qaydalarına riayət etməyə, tüstülənmə və ya yanğın müşahidə edildiyi təqdirdə isə dərhal “112” İctimai Təhlükəsizliyin İdarə Edilməsi Mərkəzinə məlumat verməyə çağırır.