Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları 13 İyun fəlakəti zamanı həlak olanların xatirəsini ehtiramla yad ediblər
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları 13 İyun fəlakəti zamanı həlak olanların memorialını ziyarət edib və dünyasını dəyişənlərin xatirəsini ehtiramla yad ediblər.
Yanğınsöndürən-xilasedicilər fəlakət zamanı həlak olmuş həmkarları Zurab Muzaşvilinin doğma kəndi Ağaianda da olublar və onun adını daşıyan memorialı əklillə bəzəyiblər.
Zurab Muzaşvili 13 iyun 2015-ci il tarixində digər yanğınsöndürən-xilasedicilərlə birlikdə Vere dərəsində, fəlakətin episentrində xilasetmə işlərini həyata keçirirdi. O, öz canı bahasına altı insanın həyatını xilas etdi.
Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayır.