"Forsaj 9" filminin çəkilişləri Tbilisidə bu gündən başladı

Hollivud filmi – Fast and Furious 9-un epizodlarından birinin çəkilişi Gürcüstanda bu gündən başladı və sentyabrın 20-dək davam edəcək.

Çəkilişlərə görə, müəyyən küçələrdə avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Çəkilişlər üçün Tbilisi və Rustavidə yerlər seçilib. Daha dəqiq olaraq çəkilişlər Rustaveli və Vaja-Pşavela prospektlərində, Azadlıq Meydanında, Besarion Jğenti, Avto Varazi və Universitet küçələrində, həmçinin Rustavidə maşın bazarı ərazisində həyata keçiriləcək.

Avtonəqliyyatın hərəkəti 24 saatlıq rejimdə məhdudlaşdırılacaq, piyadaçılar üçün hərəkət isə, saat 21:00-dan saat 07:00-a qədər mümkün olacaq.