Forbes jurnalı dünyanın ən nüfuzlu insanı olaraq, Çinin lideri Si Dzinpini adlandırdı
Forbes jurnalı dünyanın ən nüfuzlu insanı olaraq, Çinin lideri Si Dzinpini adlandırdı

Forbes jurnalı dünyanın ən nüfuzlu insanı olaraq, Çin lideri Si Dzinpini adlandırdı. Bu Si Dzinpinin belə bir reytinqdə birinci yeri aldığı ilk haldır.

Siyahıda ikinci yeri Rusiya prezidenti Vladimer Putin, üçüncü yeri isə, ABŞ prezidenti Donald Tramp alır.

Xatırladaq ki, keçən il dünyanın ən nüfuzlu liderləri siyahısında birinci yerdə Rusiya prezidenti Vladimer Putin idi.

Siyahıda dördüncü yeri almaniyanın Kansleri Angela Merkel aldı.

Forbes qeyd edir ki, Angela Merkel bütün Avropanın de-fakto lideridir.

Merkeldən əlavə, reytinqdə yenə dörd qadın var: Böyük Britaniyanın baş-naziri Tereza Mey, (14-cü yerdə), Beynəlxalq Fondun Rəhbəri Kristin Laqard, (22-ci yerdə), General Motors-un icraçı direktoru Meri Bara (53-cü yer), investisiya şirkəti Fidelity Invesment-in rəhbəri Abigeil Conson (70-ci yerdə).

Liderlər beşliyində beşinci yerdə, Amazon şirkətinin rəhbəri və təsisçisi Cef Bezosdur.

Siyahıda ən gənc nüfuzlu liderlərdən biri Səudi Ərəbistan şahzadəsi, 32 yaşlı Muhamməd  Ben Samaddır.

Ən yaşlı lider isə, CK Hutchison Holdings şirkətinin sahibi və Honk Konqun ən zəngin adamı 89 yaşlı Li Kaşindir.

Şimali Koreyanın lideri Kim Çen İn reytinqdə 36-cı yerdədir.

Reytinqin son 75-ci yerində, FİFA Futbol klubunun sədri Cani İnfantinodur.

Qeyd edək ki, Forbes-un liderlər siyahısına (73-cü yerdə) “İslam Dövlətinin” lideri Abu Bakr Al-Bağdadi də düşdü.