"Fox News" - "HƏMAS" Donald Trampa məktub göndərərək girovların yarısının azad olunması müqabilində Qəzzada 60 günlük atəşkəs tələb edib
"Fox News" - "HƏMAS" Donald Trampa məktub göndərərək girovların yarısının azad olunması müqabilində Qəzzada 60 günlük atəşkəs tələb edib

“HƏMAS” ABŞ prezidentinə məktub göndərərək, girovların yarısının azad olunması müqabilində Qəzzada 60 günlük atəşkəsə zəmanət verilməsini istəyib.

Bu barədə “Fox News” telekanalı Donald Tramp administrasiyasının nümayəndəsinə və danışıqlarda iştirak edən mənbəyə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, məktub hazırda Qətərin əlindədir və həftənin sonuna kimi ABŞ prezidenti Donald Trampa çatdırılacaq.