"Fox News" - Donald Tramp və Vladimir Putin arasında görüş avqustun 11-də Romada baş tuta bilər
"Fox News" - Donald Tramp və Vladimir Putin arasında görüş avqustun 11-də Romada baş tuta bilər

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün böyük ehtimalla bazar ertəsi keçiriləcəyi gözlənilir. Bu barədə “Fox News” anonim mənbəyə istinadən bildirib.

Mənbənin bqeyd etdiyinə görə, görüş Romada keçirilə bilər. Hərçənd, “Fox News” yazır ki, sammit sonda baş tutmaya da bilər, çünki Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a bildirib ki, Rusiya ilə sülh sazişi çərçivəsində heç bir ərazini verməyəcək və belə bir qərarı yalnız Ukrayna parlamenti qəbul edə bilər.

Məlumat üçün bildirək ki, əgər Donald Tramp və Vladimir Putin arasında görüş baş tutarsa, bu, Trampın Ağ Evə qayıtdıqdan sonra liderlər arasında ilk görüş olacaq.