"Fox News" - ABŞ Hərbi Dəniz Qüvvələri İrana mümkün zərbələr ərəfəsində Bəhreyndə şəxsi heyətin sayını “kritik səviyyəyə” endirir
"Fox News" - ABŞ Hərbi Dəniz Qüvvələri İrana mümkün zərbələr ərəfəsində Bəhreyndə şəxsi heyətin sayını “kritik səviyyəyə” endirir

ABŞ Hərbi Dəniz Qüvvələri İrana mümkün zərbələr ərəfəsində Bəhreyndə şəxsi heyətin sayını “kritik səviyyəyə” endirir. “Fox News” bir neçə yüksək vəzifəli amerikan rəsmisinə istinadən məlumat yayır.

Onların məlumatına görə, hazırda obyektdə 100-dən az personal qalır.

Nəşr yazır ki, ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirdiyi “Gecəyarısı Çəkic” əməliyyatı başlamazdan əvvəl 5-ci Donanmanın qərargahından təxliyə oxşar şəkildə həyata keçirilib.

“Fox News”un məlumatına görə, ABŞ və İran arasında Tehranın nüvə proqramının gələcəyi ilə bağlı danışıqların nəticəsiz başa çatması ehtimalına görə ABŞ son həftələrdə Yaxın Şərqdə hərbi fəaliyyətini artırır.