Floridanın qubernatoru - ABŞ Baydenin daha dörd il prezidentliyinə dözə bilməz, gəlin Baydeni zirzəmiyə, Trampı isə Ağ Evə qaytaraq
Floridanın qubernatoru - ABŞ Baydenin daha dörd il prezidentliyinə dözə bilməz, gəlin Baydeni zirzəmiyə, Trampı isə Ağ Evə qaytaraq

Floridanın qubernatoru Ron DeSantis, Birləşmiş Ştatların Baydenin daha dörd il prezidentliyinə dözə bilməyəcəyini deyir.

DeSantis sözügedən bəyanatı Respublikaçılar Partiyasının Milli Qurultayında verib və respublikaçıları hakimiyyətin bütün səviyyələrində partiyanı dəstəkləməyə çağırıb.

“Gəlin Co Baydeni zirzəmiyə, Donald Trampı isə Ağ Evə qaytaraq. Donald Tramp prezident olanda həyat daha əlçatan idi. Trampın administrasiyası şəraitində sərhədimiz daha təhlükəsiz idi və Donald Tramp rəhbərimiz olanda ölkəmizə hörmət edirdilər” – Ron DeSantis bildirib.