Finlandiyanın cənub sahilində tapılan dron səbəbindən ölkə ərazisinin mümkün pozulması faktı üzrə istintaq başladıb

12:13, 04.09.2026

Finlandiyanın Sərhəd Mühafizə Xidməti ölkə ərazisinin mümkün pozulması faktı üzrə cənub sahilində tapılan dron səbəbindən istintaq başladıb. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

İstintaqın məqsədi pilotsuz uçuş aparatının Finlandiya ərazisinə nə vaxt və necə daxil olduğunu müəyyən etməkdir.

İlkin yoxlama ilə müəyyən edilib ki, uçuş aparatı, böyük ehtimalla, “Geoscan 701” tipli drondur. Qurumların bildirdiyinə görə, bu modeldən həm dövlət, həm də mülki şəxslər istifadə edirlər.

Sərhəd Mühafizə Xidmətinin bildirdiyinə görə, hazırkı mərhələdə dronun mənşəyi, operatoru və ya təyinatını təsdiqləmək mümkün deyil.

Finlandiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, ilkin yoxlama ilə dronun geodeziya tədqiqatları və xəritəçəkmə üçün nəzərdə tutulduğu və ictimaiyyət üçün heç bir təhlükə yaratmadığı müəyyən edilib.

Oxşar