Finlandiyanın baş naziri Türkiyə və Macarıstanı İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətini tez bir zamanda təmin etməyə çağırır

17:09, 01.11.2022

 

Finlandiya Türkiyə və Macarıstanı İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətini tez bir zamanda təmin etməyə çağırır. Bu barədə Finlandiyanın baş naziri Sanna Marini açıqlama verib.

“Hazırda hamının diqqəti Macarıstan və Türkiyədədir. Biz bu ölkələrin müraciəti ratifikasiya etmələrini gözləyirik. Fikrimcə, bunun vaxtında baş verməsi vacibdir”- deyə Marini bildirib.

Finlandiya və İsveç may ayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. Bu qərar Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkələrin hökumət nümayəndələri tərəfindən qəbul edilib.

Finlandiya və İsveçin alyansa qoşulmasına Helsinki və Stokholmu Ankaranın terrorçu hesab etdiyi şəxslərə sığınacaq verməkdə ittiham edən Türkiyənin mövqeyi mane olur.

Bu gün Finlandiya və İsveçin baş nazirləri NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıblar.

“NATO-ya dəvət olunmaqla Finlandiya və İsveç sübut etdilər ki, hər bir ölkənin öz yolunu seçmək hüququ var. Rusiya digər ölkələrin hüquqlarına hörmət etməli və Ukraynadakı işğalçı müharibəni dayandırmalıdır” -deyə Stoltenberq özünün “Twitter” səhifəsində yazır.

Oxşar