Finlandiyanın baş naziri – Rusiya Avropada aqressiv və amansız müharibə apararkən rusların Avropaya turist kimi səyahət edə bilmələri yanlışdır

17:34, 09.08.2022

 

Finlandiyanın baş naziri Rusiya vətəndaşları üçün turist vizalarının dayandırılmasını dəstəkləyib. Məlumatı “BBC” yayır.

Sana Marin rusların bütün Avropa səviyyəsində səyahət etməsi üçün turist vizalarının verilməsinin dayandırılmasını dəstəkləyib.

“Rusiya Avropada aqressiv və amansız müharibə apararkən rusların heç nə olmamış kimi yaşaması, Avropaya turist kimi səyahət etmələri yanlışdır. Bu ədalətli deyil” – deyə Marin bildirib.

Baş nazirin sözlərinə görə, o, rusların Avropaya keçmək üçün Finlandiyadan istifadə etdiyini bilir və hökumət bu məsələni müzakirə edir.

“Rusların Finlandiyadan tranzit məntəqə kimi istifadə edərək, bizim vasitəmizlə başqa ölkələrə istirahətə getdiklərini anlayırıq. Biz bu məsələni hökumətdə müzakirə edəcəyik və müzakirə davam edəcək. Xarici İşlər Nazirliyi bu vəziyyəti dəqiqləşdirir, lakin burada müəyyən hüquqi aspektlər var. Bizim rusiyalı turistlərin bu cür hərəkətlərini məhdudlaşdırmağa imkan verən öz sanksiya qanunvericiliyimiz yoxdur. Bəlkə də vizaların verilməsini yavaşlatmaq kimi başqa yollar var”- deyə Finlandiyanın baş naziri bildirib.

Oxşar