Finlandiya rus turistlər üçün sərhədi bağlayacaq

16:34, 29.09.2022

 

Finlandiya gecə yarısından etibarən rus turistlər üçün sərhədi bağlayacaq. Müvafiq qərarı xarici işlər naziri, daxili işlər naziri və Sərhəd Nəzarəti Xidmətinin rəhbəri keçirilən mətbuat konfransında açıqlayıb.

Xarici işlər naziri Peka Haavisto ölkəyə daxil olan rusların axınının Finlandiyanın beynəlxalq münasibətləri üçün təhlükə hesab olunduğunu söyləyib.

Hökumət üzvləri Rusiyadan Finlandiyaya yaxın qohumların yanına , eləcə də iş və təhsil məqsədi ilə getməyə icazə veriləcəyini bildiriblər.

Finlandiya hökuməti hesab edir ki, sərhədi rus turistlər üçün bağlamaq sərhəddə axını xeyli azaldacaq.

Oxşar