Finlandiya Müdafiə Nazirliyində bildiriblər ki, naməlum dron ölkənin hava məkanını pozub
Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, naməlum dron ölkənin hava məkanını pozub.
Qurumda bildirdiklərinə görə, hadisə Rusiya sərhədi yaxınlığındakı Virolahti bölgəsində baş verib.
Bəyanatda qeyd olunub ki, dronun tipi və mənşəyi hazırda məlum deyil.
Finlandiya Müdafiə Nazirliyində bildiriblər ki, pilotsuz uçuş aparatı hazırda ölkənin hava məkanında yoxdur.
Bəyanatda istintaqın aparıldığı deyilib.