Finlandiya hökuməti uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır

20:54, 17.08.2026

Finlandiya hökuməti uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Finlandiyanın “Yle” yayım şirkətinin məlumatına görə, sözügedən təşəbbüslə Finlandiyanın sosial məsələlər naziri Karoliina Partanen çıxış edib. Partanen qeyd edib ki, o, uşaqların müdafiəsini mümkün qədər tez təmin etmək üçün bu məhdudiyyətin hazırkı hökumətin səlahiyyət müddətində tətbiq etməyə çalışır.

“Şəxsən mən inanıram ki, biz uşaqları sosial medianın vurduğu zərərdən daha yaxşı qoruya bilməliyik”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, bu yay uşaqlara qarşı cinsi cinayətlərin əhəmiyyətli dərəcədə artması xüsusilə narahatlıq doğurur və buna sosial media şərait yaradır.

“Əlbəttə ki, bir nazir, bir ana və eyni zamanda keçmiş hüquqşünas köməkçisi kimi bu məni narahat edir – mən müxtəlif cinayət işlərində bir çox uşağa kömək etmişəm. Ümid edirəm ki, sosial medianın qadağan edilməsi, xüsusilə valideynlərə də dəstək olacaq ki, bundan evdə sosial şəbəkələrin istifadəsi barədə danışmaq üçün bir əsas kimi istifadə edilsin”, – Partanen qeyd edib.

Oxşar