“Financial Times” – Rusiyanın GPS siqnalını söndürməsi səbəbindən, Ursula fon der Layenin təyyarəsi Bolqarıstan aeroportunda xəritələrdən istifadə etməklə endirilib
“Financial Times” – Rusiyanın GPS siqnalını söndürməsi səbəbindən, Ursula fon der Layenin təyyarəsi Bolqarıstan aeroportunda xəritələrdən istifadə etməklə endirilib

Rusiyanın GPS siqnalını söndürməsi səbəbindən, Avropa Komissiyasının prezidenti Ursula fon der Layenin təyyarəsi Bolqarıstan aeroportunda xəritələrdən istifadə etməklə endirilib, – bu barədə “Financial Times” yazır.

Nəşr xəbər verir ki, GPS siqnalının sönməsi nəticəsində Bolqarıstan aeroportunda naviqasiya xidmətləri sönüb.

Hadisəni əvvəlcə Bolqarıstan Hava Naviqasiya Xidməti, sonra isə Avropa Komissiyası təsdiqləyib.

“GPS siqnalının sönməsinə baxmayaraq, təyyarə Bolqarıstanda təhlükəsiz şəkildə endirildi. Hakimiyyətdən aldığımız məlumata görə, bu, Rusiyanın müdaxiləsi nəticəsində baş verib. Təbii ki, biz Rusiyanın düşmənçiliyini nümayiş etdirən bu təhdid və hədələrdən xəbərdarıq və onlara öyrəşmişik”, – Avropa Komissiyası bildirib.

Bununla yanaşı, medianın məlumatına görə, Kreml sözçüsü yayılan məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.

“The Financial Times” yazır ki, son illərdə Baltik dənizi və Rusiyaya yaxın Şərqi Avropa dövlətlərində GPS-nin sönməsi halları əhəmiyyətli dərəcədə artıb ki, bu da həm aviasiya, həm də dəniz naviqasiyası üçün təhlükə yaradır.

Medianın məlumatına görə, fon der Layen eyni təyyarə ilə Bolqarıstanın Plovdiv şəhərindən heç bir insident yaşanmadan ayrılıb. Qeyd etmək lazımdır ki, Bolqarıstan Ukraynaya hərbi texnikanın əsas təchizatçılarından biri hesab olunur.