"Financial Times" - Pentaqon Yaponiya və Avstraliyanı, Tayvan səbəbilə ABŞ və Çin arasında müharibə baş verdiyi təqdirdə, hansı rolu oynayacaqları barədə izahat verməyə çağırır
"Financial Times" - Pentaqon Yaponiya və Avstraliyanı, Tayvan səbəbilə ABŞ və Çin arasında müharibə baş verdiyi təqdirdə, hansı rolu oynayacaqları barədə izahat verməyə çağırır

Pentaqon Yaponiya və Avstraliyanı, Tayvan səbəbilə ABŞ və Çin arasında müharibə baş verdiyi təqdirdə, hansı rolu oynayacaqları barədə izahat verməyə çağırır, – bu barədə “Financial Times” yazır.

ABŞ-ın müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi bu məsələni hər iki ölkənin müdafiə nümayəndələri ilə son danışıqlar zamanı qaldırıb.

“Bu tələb həm Yaponiyanı, həm də Avstraliyanı təəccübləndirdi”, -“Financial Times”ın anonim mənbəyə istinadən yaydığı hesabatın sitatlarında qeyd olunur.

Anonim mənbənin bildirdiyinə görə, Yaponiya Müdafiə Nazirliyi “Tayvanda fövqəladə vəziyyətlə bağlı hipotetik suala cavab verməyin çətin” olduğunu bildirib. Onların dediyinə görə, istənilən reaksiya “konstitusiya, beynəlxalq hüquq, daxili qanunlar və qaydalara uyğun olaraq fərdi və konkret əsaslarla həyata keçiriləcək”.

“Reuters”in yazdığına görə, ABŞ Müdafiə Departamenti bu məsələ ilə bağlı hələlik heç bir şərh verməyib.