"The Financial Times" - Fransa Maliyyə naziri Skot Besenti, Qrenlandiyanın ələ keçirilməsinin qırmızı xətti keçmək olduğunu və bunun Avropanın Vaşinqtonla iqtisadi əlaqələrinə təhlükə yaradacağını xəbərdar edib

Fransa ABŞ-ın Qrenlandiyaya qarşı hərəkətlərinin Avropa İttifaqının Vaşinqtonla iqtisadi əlaqələrini təhdid edə biləcəyini bildirir.

Bu barədə “The Financial Times” yazır.

Fransa Maliyyə naziri Roland Leskur, ABŞ-ın xəzinə naziri Skot Besentiyi xəbərdar edib ki, Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı hər hansı bir addım “qırmızı xətti keçmək” mənasına gəlir və bu, Vaşinqtonla Avropanın iqtisadi əlaqələrinə təhlükə yaradacaq.

“Qrenlandiya Avropa İttifaqının bir hissəsi olan suveren bir ölkənin suveren bir hissəsidir”, – Leskur bildirib.

ABŞ-ın Qrenlandiyanı işğal etməsi halında Avropa İttifaqının iqtisadi sanksiyalarla cavab verib-verməməsi ilə bağlı suala Leskur belə cavab verib: “Mən bunu etmək niyyətində deyiləm. Aydındır ki, əgər bu baş verərsə, biz həqiqətən yeni bir dünyada olacağıq və buna uyğunlaşmalıyıq“.