"Financial Times" - Avropa Komissiyası Macarıstana dondurulmuş 550 milyon avronu verməyə hazırdır ki, Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbul olunması zamanı vetodan yayınmaq mümkün olsun
"Financial Times" - Avropa Komissiyası Macarıstana dondurulmuş 550 milyon avronu verməyə hazırdır ki, Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbul olunması zamanı vetodan yayınmaq mümkün olsun

Avropa Komissiyası Macarıstana dondurulmuş 550 milyon avro verməyə hazırdır ki, Rusiya əleyhinə yeni sanksiyalar paketinin tətbiqi zamanı vetodan yayınsın. Bu barədə “Financial Times” nəşri mənbəyə istinadən yazır.

Avropa İttifaqının 19-cu sanksiyalar paketi rus enerji daşıyıcılarına qarşı yönəlib. Media yazır ki, hələ də rus neftinin idxalçısı olan Macarıstan və Slovakiya məhdudiyyətlərin tətbiqini bloklamaqla hədələyirlər.

Avropa Komissiyası 2022-ci ildə Macarıstan üçün 22 milyard avro vəsaiti dondurub. Səbəb kimi Macarıstanın ədliyyə sisteminin islahatı ilə bağlı ifadə olunan narahatlıqlar, həmçinin LGBT şəxslərin və qaçqınların hüquqları məsələləri göstərilib.