“Financial Times” – Aİ ölkələri arasında rus qazının qiymətinə yuxarı hədd tətbiq etmək təşəbbüsü ilə bağlı fikir ayrılığı var

21:40, 09.09.2022

 

Aİ ölkələri arasında rus qazının qiymətinə yuxarı hədd tətbiqi təşəbbüsü ilə bağlı fikir ayrılığı var. Bu barədə “Financial Times” məlumat yayır. Nəşrin məlumatına görə, Aİ-nin ən azı on ölkəsi Aİ-dən bütün təchizatçılar üçün qazın qiymətinin yuxarı həddini müəyyən etməyi tələb edir.

“Financial Times”ın yazdığı üzrə, bəzi Avropa ölkələrinin hökumətləri Avropa İttifaqına xəbərdarlıq edir ki, yalnız Rusiyanı ayırmaq Rusiya prezidenti Putini Avropaya qaz nəqlini tamamilə kəsməyə sövq edə bilər.

Mətbuat Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyenin yalnız rus qazına qiymət həddi tətbiq edilməsi təklifinə qarşı çıxan ölkələrin arasında İtaliya, Polşa və Yunanıstanın olması barədə yazır.

Kreml Aİ-nin Rusiya qazına qiymət həddi tətbiq edəcəyi təqdirdə Avropaya təbii qaz tədarükünü tamamilə kəsməklə hədələyir. “Financial Times” qeyd edir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Rusiya qazının Avropa İttifaqına tədarükü təxminən 80% azalıb.

Oxşar