“Financial Times” – ABŞ tələb edir ki, Ukrayna 27 noyabra qədər “sülh planı” ilə razılaşsın
ABŞ tələb edir ki, Ukrayna “Uitkof-Dmitriyev sülh planı” ilə 27 noyabra qədər razılaşsın – bu barədə “Financial Times” yazır.
Məqaləyə görə, Ukraynaya intensiv təzyiq göstərilir ki, sürətlə müharibənin sona çatdırılması üçün “sülh planını” qəbul etsin, bu planı ABŞ Prezidenti Donald Trampın administrasiyası və Rusiya birgə hazırlayıblar.
Nəşrin məlumatına görə, Ağ Ev Kiyevə təzyiq göstərir ki, Rusiya-Ukrayna arasında yekun razılaşma vaxtında əldə edilsin və müharibə ilin sonunadək başa çatsın.
Onların iddiasına görə, Amerika Birləşmiş Ştatları Volodimir Zelenskinin “Şükran Günü”nə, yəni 27 noyabr tarixinədək sülh sazişini qəbul etməsini tələb edir.
Məlumat üçün bildirək ki, Ukrayna mediası Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladığı “sülh planı”nın məzmununu dərc edib. Müharibəni bitirmək planı 28 bəndi əhatə edir.
Trampın “Sülh planı”na görə, Rusiya qonşu ölkələrə müdaxilə etməyəcək; eyni zamanda, Ukrayna Konstitusiyasına NATO-ya üzv olmamağı daxil edəcək. Plan üzrə, alyans genişlənməyəcək və genişlənmədən imtina edəcək.
ABŞ Prezidentinin “sülh planında” ərazi məsələlərinə də toxunulub. Konkret olaraq, işğal olunmuş Krım və Luqansk və Donetsk bölgələri faktiki olaraq Rusiya bölgələri kimi tanınacaq; Xerson və Zaporojye bölgələrində sərhəd hazırkı cəbhə xətti üzrə keçəcək, Ukrayna qüvvələri isə Donetsk vilayətinin hazırda nəzarətində olan hissələrinə təsir göstərə biləcəklər.