Fin mediası - Alexander Stubb ABŞ-a planlaşdırılan səfərini ləğv etdi və Ukrayna ilə bağlı danışıqlar üçün Berlinə gedəcək
Finlandiya prezidenti Alexander Stubb ABŞ-a planlaşdırılan səfərini ləğv etdi və Ukrayna məsələsi ilə bağlı danışıqlar üçün Berlinə yollanacaq. Bu barədə Fin mediası məlumat yayır.
Medianın yazdığına görə, Aleksandr Stubb bazar ertəsi, dekabrın 15-də Berlində Ukrayna ilə bağlı danışıqlarda iştirak edəcək.
Almaniya mediasının məlumatına görə, Amerika, Ukrayna və Avropa liderləri arasında danışıqlar Berlində sabah, dekabrın 14-də keçiriləcək.
Daha əvvəl “The Wall Street Journal” ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun dekabrın 13-14-də Berlində Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyi ilə bağlı məlumat yaydı.