Filippinlərdə zəlzələ nəticəsində azı beş nəfər həlak olub
Filippinlərdə zəlzələ nəticəsində azı beş nəfər həlak olub

Filippinlərdə bu səhər baş vermiş zəlzələ nəticəsində ən azı beş nəfər həlak olub.

7.4 bal gücündə zəlzələdən sonra sürüşmə prosesləri baş verib, xəstəxanalar və məktəblər zədələnib.

Eyni zamanda, “Associated Press”in yazdığına görə, Filippinlərdə təkrar təkanlar qeydə alınıb, onların gücü 6.9 bal maqnituda təşkil edib.

Hakimiyyət sunami təhlükəsi elan edib və bu, əhalinin təxliyəsinə səbəb olub.