Filippin sahillərində 7,4 bal gücündə zəlzələ baş verib
Filippin sahillərində 7,4 bal gücündə zəlzələ baş verib

Filippinin cənub sahillərində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Davao Oriental vilayətində, Manay şəhərindən təxminən 62 kilometr cənub-şərqdə qeydə alınıb.

“Reuters”in məlumatına görə, hazırda zəlzələ nəticəsində həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yayılmır. Eyni zamanda, yerli hakimiyyətin məlumatına əsasən, əhali tərəfindən evlərin, binaların və körpülərin zədələnməsi ilə bağlı bir çox məlumat daxil olub.

Filippin Seysmoloji Agentliyinin bəyanatına görə, bir neçə ölkədə sunami ilə bağlı xəbərdarlıq edilib, sahil bölgələrində yaşayan əhali isə xüsusi ilə ehtiyatlı olmağa çağırıb.