Fiqurlu konkisürmə | Anastasiya Metelkina və Luka Berulava Avropa çempionları oldular #1TVSPORT
Fiqurlu konkisürmə | Anastasiya Metelkina və Luka Berulava Avropa çempionları oldular #1TVSPORT

İngiltərənin Şeffild şəhərində davam edən Avropa Fiqurlu Konkisürmə Çempionatında Gürcüstan milli komandasının üzvləri Anastasia Metelkina və Luka Berulava Avropa çempionu oldular.

Metelkina və Berulava qısa proqramdan sonra birinci yerdə oldular, sərbəst proqramı yüksək səviyyədə yerinə yetirdilər, 129.80 xal topladılar və iki proqramın cəmi üzrə isə 215,76 xal toplayaraq Avropa çempionatının qızıl medallarına sahib oldular.

Kişilər arasında qısa proqramda Nika Eqadze birinci yeri tutdu, o, sərbəst proqramla 17 yanvarda çıxış edəcək.