Fevralın 6-da Qarabağda təmas xəttində monitorinq keçiriləcək
Fevralın 6-da Qarabağda təmas xəttində monitorinq keçiriləcək

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 6-da Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirəcəklər.

Bakıda görüşdən sonra həmsədrlər Yerevana yola düşəcəklər. Azərbaycan Xarici İşlər naziri ilə ATƏT-in həmsədrlərinin son görüşü Polşanın Krakov şəhərində, yanvarın 18-də keçirildi.

Azərbaycan və Ermənistan arasında münaqişə Qarabağda 1988-ci ildə başladı. Tərəflər arasında atəşkəs barədə razılıq 1994-cü ildə imzalandı.